"Qaçqınkom" Xocalının Almalı kəndinə köçürülmə ilə bağlı yayılan videomüraciətə münasibət bildirdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Almalı kəndinə köçürülmə ilə bağlı sosial şəbəkədə yayılan videomüraciətə münasibət bildirib.

Bu barədə Bizim.Media-ya Komitədən məlumat verilib.

"Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti Laçın rayonundan məcburi köçkün, şəhid ailəsinin üzvü Orucova Ziba Malik qızının sosial şəbəkələrdə yayılmış video müraciəti ilə bağlı bildirir ki, vətəndaşın bütün müraciətlərinə Komitədə hər zaman həssaslıqla yanaşılmış, şəhid ailəsinin üzvü kimi ona daim hörmət və diqqət göstərilmişdir. Buna baxmayaraq, Orucova Ziba Malik qızının Xocalı rayonunun Almalı kəndində yerləşən 4206 nömrəli fərdi yaşayış evinin ailəsinə verilməsi ilə bağlı tələbi mövcud qanunvericiliyə və Böyük Qayıdış Proqramı çərçivəsində tətbiq olunan köçürülmə qaydalarına uyğun olmadığından təmin edilməsi mümkünsüzdür", - məlumatda qeyd olunub.

Məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Orucova Ziba Malik qızının ailəsi mövcud tələblər nəzərə alınmaqla Almalı kəndinə köçürülmənin ilk mərhələsi üzrə formalaşdırılmış siyahıya daxil edilmədiyindən o, birinci mərhələdə şəhid ailələri üçün nəzərdə tutulmuş yaşayış evini seçim hüququndan istifadə etməyib:

"Həmin mərhələdə keçirilən püşkatma nəticəsində 4206 nömrəli fərdi yaşayış evi qanuni əsaslarla digər ailəyə ayrılmışdır. Qüvvədə olan qaydalara əsasən, püşkatma nəticəsində sahibi müəyyən edilmiş yaşayış evinin sonradan geri alınaraq başqa şəxsə verilməsi hüquqi baxımdan mümkün deyil. Qeyd edilməlidir ki, Orucova Ziba Malik qızı və ailə üzvləri şəhid ailəsi və məcburi köçkün kimi dövlət tərəfindən həyata keçirilən sosial müdafiə və mənzil təminatı proqramlarından dəfələrlə faydalanmışlar.

Belə ki, Orucova Zibanın oğlu Orucov Kərim Miryusif oğlu Binəqədi rayonun Xocahəsən qəsəbəsində evlə təmin olunmuş, həmçinin Qaradağ rayonun Müşfiqabad qəsəbəsində şəxsi mənzili var. Digər oğlu İlqar Orucov isə Bakı şəhərində yerləşən Qobu Park yaşayış kompleksində 3 otaqlı mənzillə, qızı Zenfira Orucova isə Ağcabədi rayonunda 4 otaqlı mənzillə təmin edilmişdilər.
 

Bundan əlavə, araşdırma zamanı müəyyən olunmuşdur ki, ailə üzvlərinin bir neçəsinə Abşeron rayonu ərazisində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri ayrılmışdır. Həmçinin Orucova Ziba Malik qızı Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Hövsan yaşayış kompleksində şəxsi mənzillə, oğlu Tofiq Orucov isə şəhid ailəsinin üzvü kimi Yasamal rayonunda şəxsi mənzillə təmin edilmişlər.


Sadalanan faktlar göstərir ki, dövlət tərəfindən həmin ailəyə müxtəlif dövrlərdə şəhid ailəsi və məcburi köçkün statusu nəzərə alınmaqla sosial dəstək və mənzil təminatı tədbirləri həyata keçirilmişdir.Orucova Ziba Malik qızının Xocalı rayonunun Almalı kəndinə köçürülməsi məsələsinə isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq növbəti köçürülmə mərhələlərində baxılacaqdır. Bu barədə vətəndaşa 23 iyun 2026-cı il tarixində Dövlət Komitəsində keçirilən qəbul zamanı ətraflı məlumat və hüquqi izahat verilmişdir.Video müraciətdə Dövlət Komitəsində qəbul zamanı ona qarşı guya hörmətsizlik və kobud rəftar göstərilməsi barədə səsləndirilən iddialar aparılmış araşdırma zamanı öz təsdiqini tapmamışdır.

Bildiririk ki, Dövlət Komitəsində şəhid ailələrinin, məcburi köçkünlərin və digər həssas kateqoriyadan olan vətəndaşların müraciətlərinə daim yüksək həssaslıq, hörmət və humanist yanaşma nümayiş etdirilir.

Son dövrlərdə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi ilə əlaqədar Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun qaydada, bərabərlik, şəffaflıq və sosial ədalət prinsipləri əsasında araşdırılır və qiymətləndirilir.Təəssüf ki, bəzi hallarda müraciətləri mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin olunmayan şəxslər öz narazılıqlarını sosial şəbəkələr vasitəsilə ictimailəşdirməyə çalışırlar.

Dövlət Komitəsi vətəndaşların fikir və müraciət hüququna hörmətlə yanaşır, eyni zamanda ictimaiyyəti Böyük Qayıdış Proqramı ilə bağlı məlumatları yalnız rəsmi mənbələrdən əldə etməyə, faktlara söykənən məlumatlara etibar etməyə çağırır.

Dövlət Komitəsi bir daha bildirir ki, Böyük Qayıdış Proqramı çərçivəsində bütün köçürülmə və mənzil bölgüsü prosesləri yalnız qanunvericiliyin tələblərinə uyğun, şəffaf, obyektiv və sosial ədalət prinsipləri əsasında həyata keçirilir. Şəhid ailələrinin hüquq və mənafeləri isə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi hər zaman xüsusi həssaslıqla nəzərə alınmış və bundan sonra da eyni qaydada təmin olunacaqdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO