Rusiya dərsliklərində ''Şərqi Ermənistan'' məsələsi - Səfirlik nazirliyə müraciət etdi 

Azərbaycanın Moskvadakı səfirliyi Rusiya orta məktəblərinin tarix dərslikləri ilə əlaqədar bu ölkənin Xarici İşlər və Maarif nazirliklərinə müraciət edib.

Səfirlikdən Bizim.Media-ya bildirilib ki, 2020-ci ildə Moskvadakı “Drofa” nəşriyyatında çap edilən, müəllifləri L.M.Lyaşenko, O.V.Volobuyev, Y.V.Simonovanın olan orta məktəblərin 9-cu sinifləri üçün nəzərdə tutulmuş “XIX əsr, XX əsrin əvvəlləri Rusiya tarixi” (“История России. XIX – начало ХХ века”) dərsliyinin 6-cı nəşrinin 90-cı səhifəsində 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinə əsasən “Şərqi Ermənistan”ın Rusiyanın tərkibinə keçdiyi qeyd edilib.

Bundan əlavə, 2020-ci ildə N.M.Arsentyev, A.A.Danilov, A.A.Levandovski, A.Y.Tokarevanın müəllifliyi ilə Moskvanın “Maarif” nəşriyyatında çap olunan “Rusiya tarixi 9. Birinci hissə” (“История России 9. Часть 1”) 9-cu sinif dərsliyinin 6-cı nəşrinin 91-cı səhifəsində isə vurğulanır ki, 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinə görə, “Şərqi Ermənistan” ərazisi olan İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə keçib.

Sözügedən dərsliklərdə tarixi faktların təhrif edildiyini və Türkmənçay müqaviləsinin mətnində “Şərqi Ermənistan” adlı ərazinin ümumiyyətlə qeyd olunmadığını nəzərə alaraq, müvafiq düzəlişlərin edilməsi üçün səfirlik tərəfindən Rusiya Federasiyası Xarici İşlər və Maarif nazirliklərinə müraciətlər ünvanlanıb.

Rusiya Maarif Nazirliyindən səfirliyə daxil olan rəsmi cavab məktubunda bildirilib ki, sovet və rus tarix ədəbiyyatında İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya verilməsini əks etdirən, 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinin şərtləri işıqlandırılarkən “Şərqi Ermənistan tarixi vilayət” terminindən istifadə olunur.

Sözügedən tarixi vilayətin Türkmənçay müqaviləsinin mətnində göstərilmədiyini nəzərə alaraq, “XIX əsr, XX əsrin əvvəlləri Rusiya tarixi” (“История России. XIX – начало ХХ века”) 9-cu sinif dərsliyinin müvafiq hissəsinə düzəlişlər edilib və “Şərqi Ermənistan” haqqında qeyd mətndən çıxarılıb, dərsliyin növbəti nəşrlərinin düzəliş edilmiş variantda çap olunacağı vurğulanıb.

Eyni zamanda, “Rusiya tarixi 9. Birinci hissə” (“История России 9. Часть 1”) 9-cu sinif dərsliyində “Şərqi Ermənistan” anlayışının sırf coğrafi kontekstdə verildiyi diqqətə çatdırılıb və birmənalı təfsir edilə bilməyən anlayışların istisna olunması üçün dərsliyin yenidən çapı zamanı müvafiq düzəlişin ediləcəyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazirlikdən açıqlama: Peşə təhsilinə qəbul üçün elektron attestat gözləməyin

Nazirlikdən açıqlama: Peşə təhsilinə qəbul üçün elektron attestat gözləməyin

Anar Əsədlinin apellyasiya şikayəti üzrə məhkəməsi başladı

Anar Əsədlinin apellyasiya şikayəti üzrə məhkəməsi başladı

19 yaşlı sürücü avtomobillə 14 yaşlı yeniyetməni öldürdü – ANBAAN VİDEO

19 yaşlı sürücü avtomobillə 14 yaşlı yeniyetməni öldürdü – ANBAAN VİDEO

Xerson sakini Rusiya dronunun hücumundan necə xilas olduğunu danışdı – VİDEO

Xerson sakini Rusiya dronunun hücumundan necə xilas olduğunu danışdı – VİDEO

"Qaçqınkom" Xocalının Almalı kəndinə köçürülmə ilə bağlı yayılan videomüraciətə münasibət bildirdi

"Qaçqınkom" Xocalının Almalı kəndinə köçürülmə ilə bağlı yayılan videomüraciətə münasibət bildirdi

Samvel Karapetyan: Paşinyan məni istəyimdən məhrum edə bilməz

Samvel Karapetyan: Paşinyan məni istəyimdən məhrum edə bilməz

Zelenski: Rusiya postsovet ölkələrindən ilk növbədə bizi sındırmaq istəyir

Zelenski: Rusiya postsovet ölkələrindən ilk növbədə bizi sındırmaq istəyir

Estoniya payızda Azərbaycanda səfirlik açacaq

Estoniya payızda Azərbaycanda səfirlik açacaq

“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib - FOTO

“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib - FOTO

Anna Akopyanı sosial şəbəkələrdə təhdid edirlər – ÖZÜNDƏN AÇIQLAMA – VİDEO

Anna Akopyanı sosial şəbəkələrdə təhdid edirlər – ÖZÜNDƏN AÇIQLAMA – VİDEO

Əmisi ilə birlikdə Xəzərdə boğulan yeniyetmənin qohumları danışdı - VİDEO

Əmisi ilə birlikdə Xəzərdə boğulan yeniyetmənin qohumları danışdı - VİDEO

O da "Uzak Şehir"də rol alacaq— FOTO

O da "Uzak Şehir"də rol alacaq— FOTO

Bu avtobuslarda interval aşağı salınacaq - SİYAHI

Bu avtobuslarda interval aşağı salınacaq - SİYAHI

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

Banklar komissiya haqlarını artırır?

Banklar komissiya haqlarını artırır?

Zelenski Rusiyaya qarşı yeni əməliyyatların ANONSUNU VERDİ

Zelenski Rusiyaya qarşı yeni əməliyyatların ANONSUNU VERDİ

Rusiya ordusu Kramatorsku planlı şəkildə dağıdır – FOTO

Rusiya ordusu Kramatorsku planlı şəkildə dağıdır – FOTO

Rusiya ötən ay Ukraynaya 381 raket atıb – REKORD GÖSTƏRİCİ

Rusiya ötən ay Ukraynaya 381 raket atıb – REKORD GÖSTƏRİCİ

Yeni ekspres avtobusların hərəkət istiqaməti – SİYAHI - VİDEO

Yeni ekspres avtobusların hərəkət istiqaməti – SİYAHI - VİDEO

ABŞ-ın İrandan TƏLƏBİ: Zənginləşdirilmiş uran ehtiyatları ölkədən çıxarılsın

ABŞ-ın İrandan TƏLƏBİ: Zənginləşdirilmiş uran ehtiyatları ölkədən çıxarılsın

Bir fransız, bir ingilis, bir alman

Bir fransız, bir ingilis, bir alman

Kərbəlada qarşıdurma: Xamenei və Şirazi tərəfdarları üz-üzə gəldi - VİDEO

Kərbəlada qarşıdurma: Xamenei və Şirazi tərəfdarları üz-üzə gəldi - VİDEO

Türkiyədə 2 min illik "olimpiya" hovuzu tapıldı – FOTO

Türkiyədə 2 min illik "olimpiya" hovuzu tapıldı – FOTO

İnsanlar niyə həkimə yox, sosial platformalara daha çox müraciət edirlər?- MARAQLI SƏBƏB

İnsanlar niyə həkimə yox, sosial platformalara daha çox müraciət edirlər?- MARAQLI SƏBƏB

End of content

No more pages to load

RADİO