Yunanıstanda 85 yaşlı kişi peyvənd olunduqdan 8 dəqiqə sonra dünyasını dəyişib.
Bizim.Media “ERT” telekanalına istinadən xəbər verir ki, hadisə “Heraklion” Universitetinin xəstəxanasında baş verib.
Həkimlər israrla bildirib ki, qocanın ölümü peyvəndlə əlaqəli olmayıb.
Pasiyent peyvənddən sonra gözləmə otağında anidən yıxılıb. Onun ürək tutmasından özündən getdiyi deyilir.
Reanimasiya şöbəsinə köçürülənədək ikinci ürəktutması baş verib və vəfat edib.
Bizim.Media