ABŞ-ın Vircin adaları yaxınlığında helikopter qəzası baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Mənbə yazır ki, hadisə Sent-tomas adasının qərb ucunda qeydə alınıb.
Belə ki, xilasedicilər hadisə yerində dörd cəsəd aşkar ediblər.
Ölənlərin şəxsiyyəti, helikopterin kimə məxsus olması və qəzanın mümkün səbəbi barədə informasiya verilmir.
Bizim.Media