“Mercedes”in artıq istifadədə olan 1.3 milyon avtomobilində xəta olduğu üzə çıxıb. Belə ki, istehsal xətası olan avtomobillərdə qəza dedektorları avtomatik çalışmır. Buna görə də qəza zamanı təcili yardıma göndərilən məkan bildirişi səhv ola bilir.
Avropada baş verən bir qəzadan sonra şirkət səhv məlumat ötrümə problemini araşdırmağa başlaması ilə istehsalın xətalı olduğu anlaşılmışdır.
Bizim.Media xəbər verir ki, məsələni həll etmək üçün “Mercedes” isə 1.3 milyon avtomobili geri çağırmaq məcburiyyətində qalıb.
Geri çağırılan avtomobillər 2016-2021-ci illərdə istehsal edilən modellərdir. (techland)
Bizim.Media