TikTok”da Qloriya adlı bir istifadəçi həyat yoldaşına "Sevgililər günü" münasibəti ilə maraqlı hədiyyə edib.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, qadın “Həyat yoldaşınıza “Sevgililər Günü” münasibətilə nə hədiyyə etdiniz?” sualı ünvanlayaraq öz hədiyyəsinin videosunu paylaşıb.
Belə ki, o, həyat yoldaşına onun “Instagram”da bəyəndiyi qadınların şəkli olan qutu hədiyyə edib.
Qloriyanın həyat yoldaşı hədiyyənin nə olduğunu anladıqda isə bəyəndiyini bildirib.
Bizim.Media
