Türkiyədə zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "Habertürk" ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən yayıb.
Mənbə yazır ki, yeraltı təkanlar Afyonkarahisarda yerli vaxtla saat 00:08-də 3,9 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 5,9 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat qeydə alınmayıb.
Qəndilli Rəsədxanası zəlzələnin 4 bal gücündə olduğunu açıqlayıb.
Bizim.Media