Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət Departamentinə “araşdırma” təklif edib.
Bizim.Media xəbər verir ki, Zaxarovanın sözlərinə görə, amerikalı siyasətçilər onun rəsmi internet saytındakı bəyanatlarını “yalan” kimi tirajlamağa başlayıblar.
Eyni zamanda, Ukrayna prezidenti Vlodimir Zelenskinin bütün bəyanatları “həqiqət” kimi “işarələnir”.
“Mən Dövlət Departamentinə araşdırma təklif edirəm. İndi açıqlama verəcəm. Dövlət Departamenti buna “yalan” damğası vurmursa, bu, doğrudur. Beləliklə, tutun: Zelenski uzun illərdir narkotik istifadə edir - Poroşenko bunu artıq bəyan edib. Vaxt getdi”, - deyə Zaxarova "Telegram" kanalında qeyd edib.
Bizim.Media