Məşhur türkiyəli sosial media fenomeni Danla Biliç təcili xəstəxanaya yerləşdirilib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, fenomenin illər əvvəl etdiyi omba böyütmə əməliyyatından sonra yaranan ciddi infeksiya səbəbindən səhər saatlarında yenidən xəstəxanaya yerləşdirildiyi və təcili əməliyyat olunacağı iddia edilib.
Bildirilib ki, infeksiya bütün bədənə yayılıb və tikişlərdən sızıb. Onun sağlamlıq vəziyyətinin ağır olduğu deyilsə də, hələlik rəsmi açıqlama verilməyib.
Fenomenin rəsmi sosial media hesabında hələlik bununla bağlı paylaşım edilməyib.
Qeyd edək ki, Danla Bilic bədənindəki dolğuları çıxartdırmaq üçün 5 dəfə əməliyyat olunub. O, daha əvvəl estetiklərinə 300 min dollar xərcləyini deyib.
Bizim.Media