ABŞ Prezidenti Co Baydenin ofisindən ikinci dəfə dövlət məxfi sənədləri tapılıb.
Bizim.Media xarici KİV-nə istinadən xəbər verir ki, sənədlər Baydenin 2009-2017-ci illərdə vitse-prezident olduğu dövrə aiddir.
ABŞ rəhbərinin şəxsi vəkilləri Ağ Ev və milli arxivlərlə bağlı dövlət qurumları ilə əlaqə saxladığını açıqlayıb.
Ağ Ev rəsmilərinin sözlərinə görə, Ədliyyə Nazirliyi sözügedən sənədlərdə məxfi məlumatların olub-olmaması barədə araşdırmanı davam etdirir.
Qeyd edilib ki, Co Bayden iqamətgahından tapılan sənədlərə görə keçmiş Prezident Donald Trampı məsuliyyətsizlikdə ittiham edir.
Bizim.Media