İsveçin Türkiyədəki səfiri həmin ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb İsveçin paytaxtı Stokholmda toplanan PKK qruplaşmasının Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan hərəkətləri olub.
Bu hərəkətlərin qəti şəkildə pisləndiyi və etiraz edildiyi sərt sözlərlə bildirilib.
Baş verən hadisə ilə əlaqədar İsveç parlament sədrinin yanvarın 17-də Türkiyəyə etməsi planlaşdırılan rəsmi səfəri ləğv edilib.
Bizim.Media