Niderland İranda insan hüquqlarının pozulmasına görə sərt sanksiyaların tətbiqini zəruri hesab edir.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Rutte “Twitter”də bildirib.
"İran rejiminin qeyri-insani hərəkətləri cəzasız qala bilməz. Niderland Avropa İttifaqı tərəfindən sərt sanksiyaların tərəfdarıdır. Narahatlığımızı açıq şəkildə bildirmək üçün bir daha İran səfirini çağırırıq", - Rutte qeyd edib.
Qeyd edək ki, Tehran, Məşhəd və Kərəcdə dörd etirazçı - Möhsün Şəkəri, Məcidreza Rəhnavard, Məhəmməd Mehdi Kərəmi və Məhəmməd Hüseyni barəsində çıxarılan ölüm hökmü icra olunub.
Bizim.Media