NASA Rusiyanın raket zərbələrindən sonra işıqsız qalan Ukraynanın peykdən çəkilən görüntüsünü paylaşıb.
Bizim.Media xəbər verir ki, kadrlarda qonşu ölkələrin şəhərlərinin və infrastrukturunun parlaq işıqlarının əhatəsində Ukrayna xüsusilə seçilir.
Qeyd edək ki, dekabrın 16-da Rusiya ordusu Ukraynanın müxtəlif sənaye komplekslərinə, həmçinin onları təmin edən enerji obyektlərinə yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə kütləvi zərbələr endirib. Nəticədə ölkə boyu elektrik enerjisinin verilişində problemlər yaranıb.
Bizim.Media
