Moldova parlamenti qanunlarda dövlət dilinin adını dəyişdirməyi planlaşdırır.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, ölkənin hakim Fəaliyyət və Həmrəylik Partiyası qanunlardakı dövlət dilinin adını moldavdan rumın dilinə dəyişəcək.
Bildirilib ki, Fəaliyyət və Həmrəylik Partiyasının sədri İqor Qrosu hazırda bununla bağlı müzakirələrin getdiyini açıqlayıb: “Amma bu ilin sonuna qədər bununla bağlı dəyişiklik etməyə vaxtımız çatmayacaq”.
Bizim.Media