“Rusiya Ukraynada uzun sürən müharibəyə hazırlaşır”.
Bizim.Media xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq “France24“ə müsahibəsində deyib.
O bildirib ki, NATO müttəfiqləri Ukraynaya silah göndərməyə davam etməlidir.
Baş katib Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı məqsədindən əl çəkməsi ilə bağlı bir işarənin olmadığını bildirib.
“Biz Rusiyanı aşağı qiymətləndirməməliyik. Rusiya uzun müharibə planlaşdırır. Biz görürük ki, onlar daha çox qüvvə səfərbər edirlər, çoxlu itki verməyə hazırdırlar, daha çox silah və sursat əldə etməyə çalışırlar. Başa düşməliyik ki, prezident Putin uzun müddət bu müharibədə olmağa və yeni hücumlara başlamağa hazırdır”, - deyə Stoltenberq bildirib.
Bizim.Media