Avropa İttifaqı (Aİ) sammiti dekabrın 15-də Ukraynaya silah tədarükünü maliyyələşdirən Avropa Sülh Fondunun maliyyə tavanının 2 milyard avro artırılmasını təsdiqləyib.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.
“Aİ liderləri üzv ölkələrin Avropa Sülh Fondunun maliyyə tavanının artırılması ilə bağlı razılaşmasını alqışlayıblar. Əlavə 2 milyard avro 2023-cü ildə əlavə olunacaq”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media