Rusiya tərəfindən işğal edilən Krımın “rəhbəri” Sergey Aksyonov Ukrayna prezidenti Volodimir Zelenskinin Yaltadakı villasını “milliləşdirmək” istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb
"Prinsipcə, ondan alıb kiməsə verəcəyik!", deyə Aksenov bildirib.
Livadiya sarayı ilə üzbəüz dəniz kənarında yerləşən villa prezidentin həyat yoldaşı Yelena Zelenskayaya məxsusdur və 2013-cü ildə alınıb.
Mənbə qeyd edir ki, bu il mart ayının sonlarında Zelenskinin Yaltadakı villası ukraynalı siyasətçilərin “milliləşdirilməyə” məruz qalan əmlakları siyahısına daxil edilib.
Rieltorlar bildiriblər ki, Ukrayna prezidentinin villasını təxminən 74 milyon rubl qiyməti var.
Bizim.Media
