Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında məlumat verib.
“Mən BMT ekspertlərini mümkün qədər tez Ukraynanın enerji obyektlərinə göndərməyi xaiş etdim”, - Ukrayna Prezidenti yazıb.
O, həmçinin Quterreşlə taxıl müqaviləsini və Kiyevin irəli sürdüyü “Ukraynadan taxıl”- ərzaq təşəbbüsünü müzakirə etdiyini qeyd edib.
Bizim.Media