ABŞ Senatının Xarici Əlaqələr Komitəsi ölkənin Rusiyadakı səfirliyinə səfir seçimi ilə bağlı tövsiyə irəli sürüb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Komitənin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Linn Treysi ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə namizəd kimi göstərilib. Bildirilib ki, Treysinin namizədliyinə Senatın özündə baxılacaq.
Qeyd edək ki, amerikalı diplomat Linn Treysi 2019-cu ildən etibarən ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri olub. Dekabrın 7-də isə baş nazir Nikol Paşinyanla vida görüşünün ardından ölkədəki səfirlik postunu təhvil verib.
Bizim.Media