“WhatsApp”-ın 500 milyon istifadəçisinin məlumatlarının oğurlandığı məlum olub.
Bizim.Media "techworm.net"ə istinadən xəbər verir ki, 487 milyon “WhatsApp” istifadəçisinin məlumatları xaker forumunda elanda satışa çıxarılıb.
Elanda verilən məlumata görə, oğurlanmış məlumat bazasına yalnız istifadəçilərin telefon nömrələri daxil edilib.
Oğurlanan məlumatlardan təsirlənən ölkələr arasında Misir, İtaliya və ABŞ da var.
Bizim.Media