ABŞ rusiyalı iş adamlarının dondurulmuş aktivlərini tapıb müsadirə etməyin yollarını araşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
Nəşrin yazdına görə, son aylarda federal prokurorlar Rusiya nümayəndələrinin daşınmaz əmlakını, pul hesablarını və etibar fondlarını tapmaq və sonradan ələ keçirmək cəhdi ilə bağlı xeyli sayda çağırış vərəqələri göndəriblər.
Amerikalı məmurlar, hüquqşünaslar, mühasiblər və maliyyəçilər tərəfindən gizlədilən aktivlərin axtarışında çətinliklərlə üzləşirlər. Buna görə də onların müsadirəsi və Kiyevə köçürülməsi də mürəkkəbləşib.
Bizim.Media