Rusiya səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa XİN-dən məlumat verilib.
Bildirilib ki, Rusiyadan Polşa ərazisinə iki raketin düşməsi ilə əlaqədar rus diplomata etiraz notası təqdim edilib.
Xatırladaq ki, noyabrın 15-də Polşanın Ukrayna ilə sərhəddən 5 km məsafədə yerləşən Pşevodov kəndinə iki raket düşüb. Hadisə nəticəsində 2 nəfər ölüb.
Bizim.Media