“2022-ci il yanvar-avqust ayında Qazaxıstan-Azərbaycan arasında ticarət dövriyyəsi 369 milyon dollar olub”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Müstəqilliyi Günü və Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, indiyə qədər Azərbaycan Qazaxıstana 204 milyon dollar, Qazaxıstan isə Azərbaycana 100 milyon dollar sərmayə qoyub.
“Azərbaycan və Qazaxıstan qardaş ölkələr, strateji tərəfdaşlar, müttəfiqlərdir. Qazaxıstan Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləyib, bu gün də Qarabağdakı yenidənqurmaya töhfə verir. Bu, qardaşlığın nümunəsidir”,- deyə Pərviz Şahbazov qeyd edib.
Bizim.Media