"Sehrli çubuq yelləyə bilsəydim, xərçəngi müalicə edərdim”.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Co Bayden səsləndirib.
Onun fikrincə, xərçəngin müalicə edilə biləcəyinə heç kim inanmır.
Xatırladaq ki, 2019-cu ildə ABŞ prezidentliyinə namizəd Co Bayden dövlət başçısı seçiləcəyi təqdirdə xərçəngə qalib gələcəyinə söz vermişdi. O, belə bir bəyanatla Ayova ştatının Ottumva şəhərində çıxış etmişdi.
Yeri gəlmişkən, Baydenin oğlu Bo 2015-ci ildə 46 yaşında beyin xərçəngindən vəfat edib.
Bizim.Media