Niderland müharibə cinayətlərini araşdırmaq üçün ikinci dəfə Ukraynaya ekspertlər göndərir.
Bizim.Media "Ukrinform"a istinadən xəbər verir ki, Niderlandlılar bunu Haaqa Beynəlxalq Cinayət Məhkəməsi adından və Ukrayna hökumətinin çağırışına cavab olaraq edir.
Mütəxəssislər orada baş verənləri görmək üçün müəyyən yerlərə, o cümlədən, kütləvi məzarlıqlara baş çəkəcək.
Qeyd edək ki, bu, müharibə başlayandan Ukraynada törədilmiş hərbi cinayətlərin araşdırılmaq üçün göndərilən ikinci ekspertlər qrupudur.
Bizim.Media