Ukraynanın elektrik enerjisi məhdudlaşdırılan Kiyev şəhərinin gecə görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə Kiyevin mərkəzi küçələrindən olan Xreşçatık və Podil qəsəbələrinin axşam saatlarında çəkilən fotoları yayılıb.
Görüntülərdə küçələrin avtomobil işıqları ilə işıqlandırıldığı əks olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski bəzi şəhər və rayonlarda Rusiyanın raket terroru səbəbindən bütün sistemin stabil işləməsi üçün elektrik enerjisinin verilməsini məhdudlaşdırmaqla bağlı qərar verib.
Bizim.Media