Türkiyənin Kocaeli bölgəsi Körfəz rayonunda Tüpraş neft emalı zavodunun yanında yerləşən neft şirkətində yanğın baş verib.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəvər verir ki, partlayışla müşahidə edilən yanğın qısa müddətdə geniş ərazini əhatə edib.
İşçilər sexdən təxliyə olunarkən alov bağçada dayanmış avtomobilə və onun yanındakı maşınqayırma zavoduna keçib. Əraziyə ətraf rayonlardan da yanğınsöndürənlər cəlb edilib.
Yanğınsöndürmə işləri davam edir.
Bizim.Media