“Rusiyanın Müdafiə Nazirliyi rəsmi Kiyevin “çirkli bomba” (Radioaktiv maddə ilə doldurulan mərmi) və ya az gücə malik olan nüvə silahından istifadə edəcəyi ilə bağlı məlumatlara malikdir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qüvvələrinin rəisi, general-leytenant İqor Kirillov radiasiya təhlükəsizliyi ilə bağlı keçirdiyi brifinqdə səsləndirib.
Onun sözlərinə görə, təxribatın məqsədi Rusiyanı kütləvi qırğın silahlarından istifadə etməkdə ittiham etmək, dünyada Moskvaya olan etimadı sarsıtmaq və güclü anti-Rusiya kampaniyasına başlamaqdır.
Bizim.Media