İranda Yasuc Universitetinin qız tələbələri etiraza qalxıb. Ali məktəbin ədəbiyyat müəllimi Əliəsğər Ğəffari isə onları fahişə adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Azad İran” Telegram kanalında yer alıb.
Tələbələr "Fahişə sənsən. Biz azad qadınıq!" şüarları səsləndirərək müəllimə cavab veriblər.
SEPAH-ın əsgər və zabitləri isə Yasuc Universitetinin tələbələrinin etirazını yatırmaq üçün onlara hücum edib.
Bizim.Media