Zaporojye və Xerson vilayətlərində 250-yə yaxın rus hərbçisi yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində yazıb.
“Yenilənmiş məlumata görə, ötən günlərdə düşmənin şəxsi heyəti və texnikasının məhv edilməsi təsdiqlənib: Xerson vilayətinin Novaya Kaxovka şəhərində işğalçıların yerləşdiyi yerin darmadağın edilməsi nəticəsində 6 ədəd silah və hərbi texnika məhv edilib,150 hərbçi yaralanıb, Zaporojye vilayətində 5 ədəd silah və hərbi texnika sıradan çıxarılıb. 100-ə yaxın hərbçi yaralanıb”, deyə mənbə qeyd edib.
Bizim.Media