Ukraynada Rusiyayönümlü 12 siyasi partiyanın fəaliyyəti tamamilə dayandırılıb.
Bizim.Media "UNIAN"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.
Bildirilib ki, onların arasında Kommunist, “Müxalifət bloku”, “Sosialistlər”, “Ədalət və İnkişaf”, “Bizimkilər”, “Vladimir Saldo bloku”, “Sol qüvvələr ittifaqı”, “Sol müxalifəti” partiyaları da var.
UTX qeyd edib ki, istintaq-əməliyyat tədbirləri nəticəsində bu siyasi qüvvələrin nümayəndələrinin Ukraynanın Rusiya tərəfindən ilhaq olunmuş ərazilərində işğal rejiminin yaradılmasında, saxta “referendum”ların təşkili və keçirilməsində birbaşa iştirakları sübut olunub.
Bizim.Media