Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlamalar verib.
Bizim.Media Sputnik Armeniya istinadən xəbər verir ki, Paşinyan “Facebook” vasitəsilə xalqa müraciət edib. Bildirib ki, münaqişənin danışıqlar yolu ilə həll variantları yoxdur. Çarəsiz qalmış baş nazir hesab edib ki, hazırkı mərhələdə Qarabağ münaqişəsinin diplomatik yolla həlli barədə danışmaq mənasızdır. “Məsələnin diplomatik yolla həlli üçün bəslənən ümidlər, səslənən fikirlər artıq mənasızdır. Ya qələbə, ya da məğlubiyyət, orta yol yoxdur”.
Ermənistanın baş naziri sona qədər mübarizə aparmalı olduqlarını deyib. O, Rusiyaya strateji tərəfdaş kimi verdiyi dəstəyə görə öz minnətdarlığını da ifadə edib.
Bizim.Media