Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan tabor komandiri polkovnik-leytenant Atəm Əliyevin nəşi tapılıb.
Bizim.media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Şəhid polkovnik-leytenant bu gün Ağdaş rayonunda torpağa tapşırılacağı bildirilib.
Polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlu 1982-ci ildə Ağdaşın Abad kəndində anadan olub. O, həyatının 20 ilini Azərbaycan Ordusuna həsr edib.
Vətən müharibəsində taboru ilə birlikdə Murovdağdakı bir çox yüksəkliklərin alınmasında iştirak edib, daha sonra həmin istiqamətdə gedən döyüşlərdə itkin düşmüşdü.
Bizim.media
