Fərhad Bədəlbəylinin Şuşa təəssüratı: "Cıdır düzündə olduq, gəncliyimizi yada saldıq" - FOTO

Əslən Şuşadan olan Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün Şuşa şəhərinə birgə səfər ediblər.

Bizim.Media xəbər verir ki, hər iki xadim səfər təəssüratlarını bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Fərhad Bədəlbəylinin ŞUŞA PLANI


Fərhad Bədəlbəyli bütün Şuşanı gəzdiklərini bildirdi:

"Birinci növbədə Polad Bülbüloğlunun evinə getdik. Təbii ki, çox kədərli hislər yaşadıq. Gördüklərimiz bizim üçün xoşagəlməz mənzərə idi. Çünki Şuşa düşmən tapdağı altında idi.

Amma bu dəfə azad Şuşaya qalib kimi gəlmişik. Sağ olsun Cənab Prezidentimiz, şəxsən Polada tapşırıq verdi ki, gəl atanın evini təmir elə! Mən, Polad müəllim və memar Rizvan Zeynalov bir yerdə gəlib evə baxdıq.

Bülbülün Ev muzeyi necə olmalıdır, necə təmir edilməlidir, orada hansı işləri görmək lazımdır kimi planlar quruldu. Bu, çox vacib idi.

Sonra Şuşada yerləşdirilən güllələnmiş büstlərə baş çəkdik, Üzeyir Hacıbəyov, Xan qızı Natəvan və Bülbülün büstlərini ziyarət etdik. Ondan sonra əlbəttə ki, Cıdır düzündə olduq, gəncliyimizi yada saldıq".

Polad Bülbüloğlu da hədsiz duyğulu olduğundan söz tapıb danışmaqda çətinlik çəkdiyini dedi:

"Mənim üçün çox xoşbəxt bir gündür. 30 ildir gözlədiyimiz an gəlib çatdı. O qədər duyğuluyam ki, heç söz də tapa bilmirəm deməyə, ona görə ki, atamızın yurduna gəlmişik, onun evinə girmişik... Düzdür, ev pis vəziyyətdədir, divarlar dağılıb, tavan düşmək üzrədir.

Bir tərəfdən, evi belə görmək çox ağırdır, o biri tərəfdən də çox böyük qürurdur. Çünki qələbə qazanan bir xalqın nümayəndəsi kimi bu gün öz torpağıma, öz evimə gəlmişəm. Çox şadam ki, hörmətli Prezidentimiz bu anı bizə bəxş edib.

Cənab Prezident Şuşaya səfəri zamanı bu evi məhz mənim təmir edəcəyimi söyləmişdi. Və Bu gün mən gəlmişəm. Öncə görüləcək işlərin layihəsi hazırlanacaq və sonra işə başlayacağıq".

P.Bülbüloğlu əlavə etdi ki, bu gün Şuşanın çox gözəl havası vardı. Bir tərəfdə ağappaq qar, bir tərəfdə də gözəl Günəş, açıq səma:

"Cıdır düzündən ətrafı seyr edəndə hər şey bizə yuxu kimi gəlirdi. Sanki bir film izləyirdik. Şükürlər olsun ki, artıq bu günü gördük. Ona görə də bu gün son 30 ildə mənim ömrümdə ən əziz, ən xoşbəxt bir gündür.

Fürstdən istifadə edərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə, müharibədə iştirak etmiş bütün hərbçilərimizə minnətdaram.

Biz həmişə onlara borclu olacağıq. Azərbaycan xalqı heç vaxt bu qəhrəmanlığı yaddan çıxarmayacaq. Eşq olsun bizim ordumuza, eşq olsun bizim hörmətli Prezidentimizə, Ali Baş Komandanımıza!". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsan hansı yaşda ən xoşbəxt olur?

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

End of content

No more pages to load

RADİO