23 ildən sonra papaq qoyan jurnalist - Eksklüziv (Fotossesiya)

"Yadımdadır ki, 1998-ci ildə 5-ci sinifdəykən Ata Yurdu dərsində sinif yoldaşım və dostum Orxanla ən arxa partada oturub, müəllimə erməni işğalı ilə bağlı suallar verirdik. Pedaqoqumuz ana vətənin hər birimizin qeyrəti olduğunu deyirdi''.

''Mən də Orxana dedim ki, qeyrətimizin bir hissəsi zəbt olunubsa, geri qaytarılana qədər namus simvolu olan papağı başıma qoymayacam. Əl sıxdıq və ondan sonra 1-2 dəfə 2-3 dəqiqəlik sırf şəkil çəkdirmək üçün kepka, panama taxmışam. Hələ bəzi dostlarım zarafata deyirdilər ki, Qarabağ azad olunana qədər sən meningint olarsan"

Həyatı ilə bağlı bu xatirələri Bizim.Media ilə teleaparıcı, jurnalist və şair Anar Rəhimov bölüşdü.

- Bəs, hər fəsildə papaqsız dolaşmağın fəsadları ilə qarşılaşdığınız olubmu?

- 2014-cü ilin iyununda ağır qəza keçirdimt, kəllə-beyin travması alıb komaya düşüdüm. Heydər Əliyev Fondunun himayəsi, yaxınlarımın yardım və duaları ilə sağalıb həyata qayıtdım. Lakin sınan ovuc qədər kəllə sümüyünün yerinə metal qoyulduğu üçün həkim başımı qışda soyuqdan, yayda istidən qorumağı tapşırdı. Yəni, papaq tax. Şərt kəsdiyim dostum belə papaq taxmağıma israr etsə də, vicdanımmı, xasiyyətimmi, bilmirəm, buna imkan vermədi"

- Belə başa düşürəm ki, heç də asan xasiyyətiniz yoxdur. Sizi nələrdənsə məhrum edən başqa vədləriniz olubmu?

- 1990-cı ilin bu günləri idi, 4 yaşım vardı. 20 yanvar faciəsindən sonra atam alnıma üstündə azadlıq yazılan qırmızı lent bağlayıb, Azadlıq meydanına aparırdı. Ata çiynində azadlıq bağıran uşaq idim. Nərimanovda yaşayırdıq, evə qayıdanda atama dedim ki, mən sənə daha papa yox, ata deyəcəm, bəs papa rus sözüdür, onlar bizim düşmənimizdir. Uşaqdım, məhlədə oynadığım, dostluq etdiklərim arasında ruslar çox idi. Düşmən kimi Qorbaçov və onun əmrini yerinə yetirən rusları nəzərdə tuturdum. Yeri gəlmişkən, rus sektoru olmasam da, rusdilli olmuşam. Hətta rus dilində şeirlərim də var. Sadəcə, Rusiyada olmaq istisnası və müsahibələr xaricində həmin dildə danışmıram.

Yadıma gəlir, Əhməd Rəcəbli küçəsində yaşayan 2-3 erməni ailəsi hələ Ermənistana köçməmişdi. 1990-1991-ci il olardı, məndən 8 yaş böyük bibimoğlu Maarif əlimdən tutdu ki, gedək səni düşmənimiz erməni ilə güləşdirəcəm. Bəs, yıxılsan, o kürəyini yerə vursa, yaşama, utan. 4-5 yaşlı həmyaşıdım ermənini yıxdım və əlimlə otlardan yapışırdım ki, altımdan çıxa bilməsin. Qalib gəldim, Maarif məni qucağına aldı və öpdü.

Ulu öndər hakimiyyətə gələnəcən kasıbçılıq idi. Rəhmətlik nənəmlə Nərimanov kinoteatrından parka kimi uzanan çörək növbələri görmüşəm.

İndiki pulnan 1-2 manat olan əldə yırğalanan göyqurşağı oyuncağını evdən istəməyə utanırdım və çarpayının altına girib, ağlayırdım.

Köhnə Desna 2-nin təkərinin kamera yerinə rezin suötürən taxıb, sürürdüm. Bu rezin də 5 metrdən bir çıxırdı.

Həmin illərdə qənddandan qənd oğurlayıb, yeyəndə mərhum babam Şahsuvar demişdi ki, bala, çox qənd yemə, dişə ziyandır. Ona söz vermişdim ki, yaxşı, bir daha qəndə əl vurmayacam. İndinin özündə də çayı qəndsiz içirəm.

Həmişə kişi sözü deyiminə həssas yanaşmışam. Hətta 2016-cı ildə ibadətə başlayanda da namaza tövbə ilə gəlmədim ki, birdən Allaha verdiyim sözü tutmaram. 2018-ci ildə anladım ki, hardasa düz etmişəm. Çünki artıq içirdim.

- Verdiyi sözü tutmaq, qürurlu olmaq yaradıcılıq və karyeranıza da təsirsiz ötüşməz, mən hələ şəxsi həyatı demirəm?!

- 2004-cü ildə ali məktəbə qəbul imtahanından bir saata çıxdım ki, anam çox gözləməsin. Dəhlizdə jurnalistlər üstümə şığıdı ki, imtahan otağını niyə 2 saat tez tərk etmisən? Dedim səncanı, gedin özünüzə peşə tapın.

Bu sözü deyən adam həmin imtahanın nəticəsi ilə məhz jurnalistika fakültəsinə qəbul oldu.

Tələbəykən ilk şeirlər kitabım çıxanda (2007) ön söz yazan, adını çəkməyəcəyim şair 100 manata məni Yazıçılar Birliyinin ən gənc üzvü etməyi təklif etdi. Dedim ki, mənə rüşvətlə üzv olacağım heç bir ittifaq lazım deyil. Buna rəğmən, şair şeirlərimi bəyəndiyi üçün ora müraciət etsə də, Yazıçılar Birliyi ilə tək xatirəm Səməd Vurğunun portreti ilə rəsmimdir.

Həmin hadisədən sonra aparıcı tələbələrdən biri kimi rektorun mənə müdafiə təklifinə də yox dedim. Səbəb kimi isə, bəziləri (rüşvətlə alim olanlar) ilə eyni dərəcəni bölüşmək istəmədiyimi göstərdim. Tələbə gənclər təşkilatının sədrliyindən də imtina etmişdim.

Hərbi xidmətdən sonra AzTV-də çalışmağa başladım, prezident tədbirlərinə getsəm də, xarakterimə görə rəsmi qeydiyyatdan keçirtmirdilər ki, birdən 250 yox, 800 manat alaram. O vaxtlar AzTV-də müxbirlərin çoxuna 250 manat pul yazılırdı, sırf müəyyən rəsmi qurum qeydiyyatı olanlara 500 manat və daha çox maaş verirdilər.

Dövlət kanalının keçmiş sədri vəzifəmi artırmaq istəyirdi, buna görə ona bəzi “xidmətlər” göstərməliydim. Əsəbimdən əlim-ayağım əsdi, işdən çıxmaq haqda ərizəmi yazıb, köməkçisinin üstünə atıb, getdim Aztv-dən.

İndinin özündə də vaxtı ilə mənimlə öpüşüb, görüşən bəziləri telekanal rəhbəri, səlahiyyətlisi olsa da, məni işə dəvət etmirlər. “Anarın xasiyyəti çətin, o kobuddur”. Gülüncdür, elə bil ki, biz sevgiliyik, nəyik!

Qrimə görə, AzTV-də (2011) efirdən imtina etmişəm. 2019-2020-ci illərdə Lider Tv-də efirə qrimsiz çıxırdım.

Mən güzəranımı dəyişmək üçün, əqidəmi dəyişmərəm. Prinsip olmalıdır."

- Bəli, razıyam. Prinsip önəmli meyardır. Unutmayaq ki, Azərbaycanın bu günkü uğurları Prezident İlham Əliyevin prinsipial və məqsədyönlü siyasətinin nəticəsidir. Yerigəlmişkən, indi artıq papaq qoya bilmək imkanımız da millətin bu prinsipiallığından qaynaqlanır. Müsahibə üçün çox sağ olun.

- Mən sizə təşəkkür edirəm, çünki bu dialoq intervyudan çox sirdaşla söhbətləşməyə oxşadı.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsan hansı yaşda ən xoşbəxt olur?

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

End of content

No more pages to load

RADİO