Ermənilərin talan etdiyi Zəngilan - VİDEO

Zəngilan rayonu Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Zəngilanlılar tarixən yadelli işğalçıların hücumlarına məruz qalıb. Qərbdə və şimal-qərbdə Ermənistanla, cənubda və cənub-şərqdə isə İran İslam Rerspublikası ilə həmsərhəddir. 28 il əvvəl ermənilər rayonu mühasirəyə alanda zəngilanlılar Araz çayından cənub qunşu olan İran ərazisinə keçərək canlarını qurtara bildi.

Bizim.Media xəbər verir ki, 2020-ci ilin oktyabr ayının 20-dən başlayaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın müzəffər ordusu 3 gün ərzində rayonun bütün yaşayış məntəqələrini düşmən tapdağından azad edərək tarixi zəfər çaldı.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zəngilan rayonu 27 ildən sonra Azərbaycan ordusunun keçirdiyi əks əməliyyat tədbirləri nəticəsində düşmən tapdağı altından azad edildi.

Uzun illərdir ki, dədə-baba yurdundan didərgin düşən zəngilanlılar tezliklə öz doğma torpaqlarına qayıdacaqlar.

Xüsusi qeyd edilməlidir ki, uzun müddət düşmən tapdağında qalan rayonun bütün yaşayış məntəqələri talan olub, dağıdılıb və ya yandırılıb.

Meşə massivləri doğranıb, daşınıb. Meyvə bağları bütünlüklə məhv edilib. Təkcə 18 min nəfərədək sakini olan Zəngilan şəhərində 1 dənə də olsun tikili qalmayıb.

Bütövlükdə xalqımızın keçmişindən xəbər verən və rayon mərkəzində yerləşən Tarix diyarşünaslıq muzeyinin qiymətli eksponatları oğurlanıb, binası isə sökülərək daşınıb.

Ermənilərin vandallığı bununla bitmir. Onlar rayon mərkəzində olan XVII – XVIII əsrlərə aid edilən məscidi də dağıtmaqdan çəkinməyiblər.

Allahın evi hesab edilən bu məscid Səfəvilər dövründə tikilməsi güman edilirdi. Onun ölçüləri 12 x 20 m. idi. İçərisində mehrab və taxça var idi. Tikintidə əsasən yerli əhəng daşından istifadə olunmuş, divarları üzlənməmişdir.

Məscidin qapısı günçıxana açılırdı. Qapı tağformalı, onun üst tərəfində kitabə var idi.

Ötən illər ərzində ermənilər tarixi abidələrlə yanaşı, məzarlıqları da qarət ediblər. Qəbir daşlarını söküb apardıqdan sonra, gözlərini qəbirlərdə uyuyan meyitlərə tikən ermənilər, onları məzarlardan çıxardaraq qızıl dişlərini söküblər.

Qeyd edək ki, Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun sahəsi 707 kvadrat km-dir. Ərazisinə 1 şəhər, 6 qəsəbə, 78 kənd daxildir. Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunmuşdur.

Rayon ermənilər tərəfindən işğal olunanda onlarla milli və tarixi-dini abidələr talan olub, bütün qəsəbə və kənd məzarlıqları dağıdılıb.

Rayon sakini Əhmədov Mirfaiq təəssüratlarını bölüşüb:

"Zəngilan şəhər sakiniyəm. Allah Prezident İlham Əliyevin canını sağ eləsin. Elan etdi ki, Zəngilan alınıb, elə bil yuxu görürdüm. Sevindik, şad olduq. Gəldik Zəngilanımızı ziyarət etməyə, məzarlığımızda bu mənzərə ilə qarşılaşdıq.

Müqəddəs yerlərimizi - qəbirlərimizi dağıdıblar. Qəbirlərin altını oyublar. Qara mərmər və ağ mərmərdən olan qəbir daşlarını aparıblar. Sadə daşlardan olan qəbirləri isə sındırıblar. Bütün qəbirlərin alt hissəsini eşiblər, qızıl tapmaq məqsədi ilə.

Ağamın gümbəzini dağıdıblar. Bütün Zəngilan camaatı oranı ziyarət edirdi. İndi baxırıq, ürəyimiz ağrayır. Dünyanın heç bir yerində məzar daşlarına toxunmurlar. Məzarlıq insanların ziyarət etdiyi yerdir. Amma ermənilər belə vəhşiliklər ediblər". (Trend)

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsan hansı yaşda ən xoşbəxt olur?

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

End of content

No more pages to load

RADİO