İngiltərədə ayağını sındırdığı üçün çəliklə gəzən Rassel Cones adlı kişi itini də təsirləndirib.
Bizim.Media xəbər verir ki, sahibinin çəliklə gəzdiyini görən it bir müddət sonra axsamağa başlayıb.
İtin axsadığından narahat olan Cones onu veterinara aparıb. Veterinarda itin ayağında heç bir problem olmadığı məlum olub. Bir müddət sonra isə Rassel Cones diqqət edib ki, it sadəcə sahibinin yanında axsayır, bağçada qaçarkən, hovuza tullanarkən isə ayağını sərbəst hərəkət etdirir.
Rassel Cones itin bu hərəkətini sahibinə olan simpatiyası adlandırıb və itin onu yamsıladığı anları video və foto vasitəsi ilə qeyd edərək sosial mediada paylaşıb.
Bizim.Media
