Ombudsman 2 saylı İstintaq Təcridxanasına getdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasına başçəkmə həyata keçirilib.

Ombudsman Aparatının Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanılan qadınların və yetkinlik yaşına çatmayanların saxlanma şəraitinin və onlarla rəftarın, hüquqlarının təmin edilməsi vəziyyətinin, həmçinin COVID-19 pandemiyasına qarşı görülən profilaktik işlərin öyrənilməsi olub.

Başçəkmə zamanı təcridxanadakı qadın və yetkinlik yaşına çatmayanların saxlanıldığı yerlərə baş çəkilib, mövcud şərait monitorinq edilib.

Qadınların saxlanıldığı bina ilə tanışlıq zamanı saxlanma şəraitinin daxili intizam qaydalarına, sanitar-gigiyenik qaydalara uyğun olduğu müşahidə edilib. Başçəkmə zamanı təqsirləndirilən qadınlardan birinin himayəsində azyaşlı körpəsinin olduğu nəzərə alınaraq əlavə təminat və uyğun şəraitlə təchiz edildiyi müəyyən edilib.

Yetkinlik yaşına çatmayanların saxlanıldığı kameralar yoxlanılıb, həmin şəxslərin saxlanma şəraitinin təkmilləşdirilməsinə ehtiyac olduğu müəyyən edilib.

Görüşlər zamanı Ombudsmanın səlahiyyətləri, İşgəncələrə qarşı Milli Preventiv Mexanizm mandatı, Ombudsmana müraciət etmək qaydaları, təqsirləndirilən şəxsin cinayət-prosessual qanunvericilikdən irəli gələn hüquqları barədə ətraflı məlumatlar verilib.

Saxlanma şəraitinin daha da təkmilləşdirilməsi, yetkinlik yaşına çatmayan şəxslərinin saxlanma şəraitinin yaxşılaşdırılması, o cümlədən saxlanılan şəxslərin və müəssisədə çalışan əməkdaşların COVID-19 infeksiyasına yoluxmasının qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının təlimatlarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun tədbirlərin davam etdirilməsi tövsiyə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsan hansı yaşda ən xoşbəxt olur?

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

Yüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEO

Yüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEO

Avarçəkənlərimiz “Prezident Kuboku-2026”nı 9 medalla başa vurdular - FOTOLAR

Avarçəkənlərimiz “Prezident Kuboku-2026”nı 9 medalla başa vurdular - FOTOLAR

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazdı

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazdı

İranla danışıqlar məni QANE ETMİR...

İranla danışıqlar məni QANE ETMİR...

Maksimum nəticə toplayan Gəncə şagirdləri...

Maksimum nəticə toplayan Gəncə şagirdləri...

Aygün Kazımovanın səhhətində PROBLEM YARANDI - FOTO

Aygün Kazımovanın səhhətində PROBLEM YARANDI - FOTO

Tramp: İranla telefon vasitəsilə danışırıq

Tramp: İranla telefon vasitəsilə danışırıq

Ayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir - TƏMİRƏ GÖRƏ

Ayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir - TƏMİRƏ GÖRƏ

Tovuzda sürücü azyaşlını vurdu, sonra maşını aşdı - FOTO-VİDEO

Tovuzda sürücü azyaşlını vurdu, sonra maşını aşdı - FOTO-VİDEO

Maksimum bal toplayan iki şagirdin digər UĞURU: Ölkə rekordu vurublar

Maksimum bal toplayan iki şagirdin digər UĞURU: Ölkə rekordu vurublar

Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda MÜHÜM FAKT

Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda MÜHÜM FAKT

End of content

No more pages to load

RADİO