Ermənistan Fələstini dövlət olaraq tanımır. Belə olan halda necə ola bilər ki, Ermənistanda Fələstin səfirliyi açılsın? Bu xəbər doğru deyil, heç bir əsası yoxdur.
Moderator.az xəbər verir ki, bu fikirlər Fələstinin Azərbaycandakı səfirliyindən bildirilib.
Səfirliyin işçisi İlkin Şıxəliyev qeyd edib ki, istənilən qərarın qəbul edilməsi səlahiyyəti Fələstin Prezident Administrasiyası və Fələstin Xarici İşlər Nazirliyinə aiddir.
Qeyd edək ki, erməni mətbuatı Fələstinin İrəvanda səfirlik açacağını yazmışdı. Bu xəbər da öz növbəsində Azərbaycanda etiraz doğurmuşdu.
Yada salaq ki, Fələstin Xocalı soyqırımını tanıyıb.