2020-ci il ərzində Bakı-Sumqayıt istiqamətində 8 235 000 sərnişin daşınıb. Belə ki, Bakı-Sumqayıt istiqamətində 1 566 000, Bakı-Abşeron istiqamətində 3 402 000, Sumqayıt-Abşeron istiqamətində 3 267 000 sərnişin daşınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin illik hesabatında bildirilir.
Məlumata görə, ötən il ərzində Bakı-Sumqayıt-Abşeron və əks istiqamətdə 150 avtobus istismar olunub.
"Onlardan Bakı-Sumqayıt istiqamətində 35, Bakı-Abşeron istiqamətində 58, Sumqayıt-Abşeron istiqamətində isə 57 avtobus xidmət göstərib. Respublikanın şəhər və rayonlarında, şəhərdaxili və rayondaxili sərnişin daşımaları ilə 355 istiqamət üzrə 1030 avtobus istismar olunub və 28215000 sərnişin daşınıb”.
Bizim.Media