Xalq şairi Nəbi Xəzrinin kürəkəni koronavirus səbəbilə vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə şairin oğlu Arzu Babayev “Facebook” səhifəsində məlumat verib.
O, bacısının həyat yoldaşının koronavirus qurbanına çevrildiyini yazıb.
“Lənətə gəlmiş "Covid" can ala-ala gedir, növbəti qurbanı bacımın yoldaşı Zəfər müəllim oldu. Allah rəhmət eləsin”,- deyə o, qeyd edib.
Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 226 951 nəfərin koronavirus infeksiyasına yoluxub, onlardan 214 423 nəfər müalicə olunaraq sağalıb, 2 998 nəfər vəfat edib.
Bizim.Media
