ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə ünsiyyətində Birləşmiş Ştatların İtaliya və İspaniyada dislokasiya olunmuş xarici hərbi kontingentlərinin sayını ixtisar edə biləcəyini istisna etməyib.
Bizim.Media bu barədə “Reuters”ə istinadla xəbər verir.
Jurnalistlər Ağ Ev rəhbərindən İtaliya və İspaniyanın ünvanına səslənən tənqidlər fonunda bu məsələyə baxıb-baxmayacağını soruşublar.
“Niyə mən bunu etməməliyəm? İtaliya bizə heç bir kömək etməyib, İspaniya isə özünü sadəcə dəhşətli aparıb», — deyə o cavab verib.
Daha əvvəl Tramp “TruthSocial” sosial media platformasında Almaniyadakı ABŞ qoşunlarının azaldılmasını təklif etmişdi.
Bizim.Media