Azərbaycanda toylarla bağlı ciddi dəyişiklik edilir? - AÇIQLAMA

Azərbaycanda toy karvanları illərdir davam edən ənənə kimi sevincin nümayişi hesab olunsa da, son dövrlərdə bu adətin yaratdığı yol hərəkəti çətinlikləri və təhlükəsizlik riskləri ciddi narahatlıq doğurmağa başlayıb.

Xüsusilə, intensiv nəqliyyat axınının olduğu ərazilərdə uzun avtomobil karvanlarının hərəkəti, səs siqnallarından həddindən artıq istifadə və bəzi hallarda qaydaların kobud şəkildə pozulması həm sürücülər, həm də piyadalar üçün real problemlər yaradır.
 

Bütün bunlar fonunda cəmiyyətdə bir sual getdikcə daha çox səslənir: toy karvanları ənənə olaraq qorunub saxlanılmalıdır, yoxsa ictimai təhlükəsizlik naminə bu adətə hüquqi məhdudiyyətlər tətbiq edilməlidir?


Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “konkret.az”ın suallarını cavablandıran nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, toy karvanları ilə bağlı yol polisinə dəfələrlə müraciətlər edilib, maarifləndirici sosial çarxlar və animasiyalar hazırlanıb.

Onun sözlərinə görə, tövsiyələrə əsasən toy karvanında 6-dan artıq avtomobilin iştirakı məqsədəuyğun sayılmır.

“Bəzən 15-20 avtomobil toy karvanına qoşulur. Bu isə yollarda ciddi sıxlıq yaradır. Üstəlik, karvanda avtoxuliqanlıq edən, müxtəlif təhlükəli şoular nümayiş etdirən sürücülər də olur. Bu cür davranışlar həm qanun pozuntusudur, həm də insanların həyatını riskə atır”.
 

Ekspert sosial şəbəkələrdə yayılan son görüntülərə də toxunaraq qeyd edib ki, bəzi sürücülər kilometrlərlə məsafəni avtomobili arxa istiqamətdə idarə edərək qət edir ki, bu da son dərəcə məsuliyyətsiz və təhlükəli hərəkətdir:


“Bu, fəxr olunası hal deyil. Toy mərasimi sevincli hadisədir və qəzasız, bəlasız başa çatmalıdır. Təəssüf ki, bəzi insanlar bunu hələ də düzgün qiymətləndirmir. Bu məsələdə yalnız hüquqi tədbirlər deyil, həm də ictimai nəzarət və ailə institutunun rolu vacibdir.

Valideynlər və ağsaqqallar prosesə müdaxilə etməli, gənclərə düzgün istiqamət göstərməlidirlər. Toy şənlənmək üçündür, amma təhlükəsizlik hər şeydən önəmlidir. Düşünürəm ki, zamanla bu ənənə ya daha təhlükəsiz formada davam etdiriləcək, ya da tədricən aradan qalxacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

Gözlənilməz pul, yeni iş imkanları və... - Bu 5 BÜRCÜN üzü güləcək

Gözlənilməz pul, yeni iş imkanları və... - Bu 5 BÜRCÜN üzü güləcək

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

End of content

No more pages to load

RADİO