Cəmiyyət
Bu gün 21:40

Serbiyada keçirilən seçkilərdə qalib gələn “Tələbə siyahısı” hərəkatı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə blokun nümayəndəsi Yovo Bakiç bildirib.
“Biz Rusiyaya həm böyük dövlət, həm də tarixən mühüm tərəfdaşımız, bir çox hallarda isə müdafiəçimiz kimi hörmət edirik. Bu məsələdə heç bir dəyişiklik olmayacaq”, – deyə o vurğulayıb.
Bakiçin sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların tətbiqi iki ölkə arasında tarixən formalaşmış münasibətlərə zərər vura bilər.
Bizim.Media