“Azərbaycanda güclü zəlzələ gözlənilmir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktor Qurban Yetirmişli deyib.
O bildirib ki, bu gün hansı bölgədə aktivlik getdiyini bilirik:
"Həmin bölgələrdə hansı dərəcədə zəlzələ ehtimalları olduğunu müəyyən edə bilirik. Ancaq bu xırda təkanlar həmişə var. Azərbaycanda hər gün müxtəlif sayda xırda təkanlar olub. Dünən birinci Xəzərdə baş verdi və çox da güclü bir təkan deyil. Özü də Xəzərdə olan zəlzələlər həmişə tez sönür. Daha sonra İsmayıllı rayonunda baş vermişdi. O da güclü deyildi, ancaq yaxın ərazilərdə hiss olunmuşdu, yəni indi güclü zəlzələ gözlənilmir, bunların qorxusu yoxdur" .
Günay Şahmar, Tural Xəlil, Bizim.Media