Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi

Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə təqsirləndirilənlər - Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəməsi yekunlaşıb.

Bizim.Media Oxu.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən yekun iclasda qərar açıqlanaraq təqdirləndirilənlər barədə birinci instansiyanın hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə görə Mehdi Məmmədov 18 il 6 ay, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevin 17 il 6 ay, Əzizə Seyidova isə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2023-cü il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.

Ə.Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini cəzalandırmaq istəyib.

O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-cü il martın 15-də Ə.Seyidova M.Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M.Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları onun qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.

Qeyd edək ki, əvvəlki məhkəmə iclasları zamanı Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib.

Digər təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər. Onu da qeyd edək ki, məhkəmə istintaqı ərəfəsində təqsirləndirilənlər ibtidai istintaqa verdikləri ifadələrini dəyişərək qətlin Əzizə Seyidovanın sifarişi ilə deyil, Əli Seyidovla şəxsi münasibətləri zəminində törətdiklərini deyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Atatürkün Türkiyəsi TANINMAZ HALDA– VİDEO

Atatürkün Türkiyəsi TANINMAZ HALDA– VİDEO

"Çıraq Palace"da ciddi nöqsanlar: İylənmiş ət, süni kürü... – FOTO-VİDEO

"Çıraq Palace"da ciddi nöqsanlar: İylənmiş ət, süni kürü... – FOTO-VİDEO

Sevginin bitdiyini göstərən ilk əlamət

Sevginin bitdiyini göstərən ilk əlamət

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Leyla Əliyeva Oğulcahan Atabayeva və Saida Mirziyoyeva ilə görüşdü – FOTO

Leyla Əliyeva Oğulcahan Atabayeva və Saida Mirziyoyeva ilə görüşdü – FOTO

Sabahın HAVASI: Leysan, dolu, 28 dərəcə isti...

Sabahın HAVASI: Leysan, dolu, 28 dərəcə isti...

Bu il Şəki Xan sarayını ziyarət edən turistlərin sayı açıqlandı

Bu il Şəki Xan sarayını ziyarət edən turistlərin sayı açıqlandı

Neft Fondu dövlət büdcəsinə 9,6 milyard manat köçürdü

Neft Fondu dövlət büdcəsinə 9,6 milyard manat köçürdü

Bakının seysmik mikrorayonlaşdırılması işləri nə yerdədir?

Bakının seysmik mikrorayonlaşdırılması işləri nə yerdədir?

Nizami və Binəqədiyə yeni prokurorlar TƏYİN EDİLDİ

Nizami və Binəqədiyə yeni prokurorlar TƏYİN EDİLDİ

Nəhənglər arasında MÜBARİZƏ: OpenAI şirkəti Anthropic-i üstələmək üçün 30 milyard dollar xərcləyəcək

Nəhənglər arasında MÜBARİZƏ: OpenAI şirkəti Anthropic-i üstələmək üçün 30 milyard dollar xərcləyəcək

Kiyev-Odessa avtomagistralına dron hücumu: 3 ölü, 4 yaralı var – FOTO

Kiyev-Odessa avtomagistralına dron hücumu: 3 ölü, 4 yaralı var – FOTO

Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu – ÖZƏL

Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu – ÖZƏL

Sürücülərin DİQQƏTİNƏ: Zığ şosesində dəyişikliklər edildi – VİDEO

Sürücülərin DİQQƏTİNƏ: Zığ şosesində dəyişikliklər edildi – VİDEO

Bu şəxslərdən də iş icazəsi tələb olunmayacaq

Bu şəxslərdən də iş icazəsi tələb olunmayacaq

Azərbaycanda kiberhücumların qarşısı necə alınır? – İdarə rəisindən mühüm AÇIQLAMA

Azərbaycanda kiberhücumların qarşısı necə alınır? – İdarə rəisindən mühüm AÇIQLAMA

Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi

Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi

İsa Həbibbəyli: “Xalq Qurban Yetirmişliyə inanır”

İsa Həbibbəyli: “Xalq Qurban Yetirmişliyə inanır”

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı – FOTO

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı – FOTO

Mikels “Sabah”a necə gəldiyini danışdı: “4 dəfə çox maaş təklif etdilər “

Mikels “Sabah”a necə gəldiyini danışdı: “4 dəfə çox maaş təklif etdilər “

Sürücünün ötmə qaydasını pozması sərnişinin həyatına son qoydu – FOTO-VİDEO

Sürücünün ötmə qaydasını pozması sərnişinin həyatına son qoydu – FOTO-VİDEO

Oktyabr ayının pensiya ödənişləri yekunlaşdı

Oktyabr ayının pensiya ödənişləri yekunlaşdı

Navai AZADLIĞA BURAXILDI

Navai AZADLIĞA BURAXILDI

Dövlət qurumlarının yaratdığı süni intellekt sistemləri yoxlanılacaq

Dövlət qurumlarının yaratdığı süni intellekt sistemləri yoxlanılacaq

End of content

No more pages to load

RADİO