Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Füzulidə irimiqyaslı fövqəladə hadisələrə hazırlıq üzrə təlim keçirilib.
Bizim.Media xəbər verir ki, təlimdə FHN-in Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Təlim zamanı əhalinin təxliyəsi, yanğınsöndürmə və xilasetmə əməliyyatları məşq edilib.
Təlimə 248 nəfər şəxsi heyət və 53 texnika cəlb olunub.
Bizim.Media