Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov vəfat edib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, o Şamaxıda yaşadığı evdə dünyasını dəyişib.
Mərhumun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Vüsal İbrahimov bu ilin avqustunda Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib. O daha əvvəl Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini tutub.
Bizim.Media