Mobil telefonlardan POS-terminal kimi istifadə MÜMKÜN OLACAQ

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Layihəyə əsasən, nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) aparılması və (və ya) nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq, o cümlədən lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihaz (mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıq) POS-terminal hesab ediləcək.

 

Bundan başqa, qanuna “texnoloji neytrallıq” anlayışı əlavə edilir.  Texnoloji neytrallıq dedikdə elektron ticarət münasibətlərində bu sahədəki normativ hüquqi aktlarla hər hansı bir texnologiyanın üstün tutulmaması, tətbiqində məhdudiyyətlərin qoyulmaması və müxtəlif texnoloji həllərin bərabər qəbul olunması başa düşüləcək.

 

Layihədə elektron ticarət zamanı ödəniş qaydalarının da dəyişdirilməsi nəzərdə tutulur. Təklifə görə, malların və xidmətlərin dəyərinin nağdsız ödənilməsi ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçiriləcək. Satıcılar isə alıcılara POS-terminal, elektron pul kisəsi və digər vasitələrlə ödəniş imkanları barədə məlumat verməlidirlər.

Eyni zamanda, elektron müqavilələrin bağlanması zamanı alıcıya təqdim edilməli məlumatların elektron sənəd formasında təsdiqlənmə vasitəsilə çatdırılması təklif edilir.

Layihəyə görə, “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun yalnız ölkə ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan müddəa (məhdudiyyət) ləğv ediləcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nəhənglər arasında MÜBARİZƏ: OpenAI şirkəti Anthropic-i üstələmək üçün 30 milyard dollar xərcləyəcək

Nəhənglər arasında MÜBARİZƏ: OpenAI şirkəti Anthropic-i üstələmək üçün 30 milyard dollar xərcləyəcək

Kiyev-Odessa avtomagistralına dron hücumu: 3 ölü, 4 yaralı var – FOTO

Kiyev-Odessa avtomagistralına dron hücumu: 3 ölü, 4 yaralı var – FOTO

Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu – ÖZƏL

Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu – ÖZƏL

Sürücülərin DİQQƏTİNƏ: Zığ şosesində dəyişikliklər edildi – VİDEO

Sürücülərin DİQQƏTİNƏ: Zığ şosesində dəyişikliklər edildi – VİDEO

Bu şəxslərdən də iş icazəsi tələb olunmayacaq

Bu şəxslərdən də iş icazəsi tələb olunmayacaq

Azərbaycanda kiberhücumların qarşısı necə alınır? – İdarə rəisindən mühüm AÇIQLAMA

Azərbaycanda kiberhücumların qarşısı necə alınır? – İdarə rəisindən mühüm AÇIQLAMA

Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi

Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi

İsa Həbibbəyli: “Xalq Qurban Yetirmişliyə inanır”

İsa Həbibbəyli: “Xalq Qurban Yetirmişliyə inanır”

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı – FOTO

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı – FOTO

Mikels “Sabah”a necə gəldiyini danışdı: “4 dəfə çox maaş təklif etdilər “

Mikels “Sabah”a necə gəldiyini danışdı: “4 dəfə çox maaş təklif etdilər “

Sürücünün ötmə qaydasını pozması sərnişinin həyatına son qoydu – FOTO-VİDEO

Sürücünün ötmə qaydasını pozması sərnişinin həyatına son qoydu – FOTO-VİDEO

Oktyabr ayının pensiya ödənişləri yekunlaşdı

Oktyabr ayının pensiya ödənişləri yekunlaşdı

Navai AZADLIĞA BURAXILDI

Navai AZADLIĞA BURAXILDI

Dövlət qurumlarının yaratdığı süni intellekt sistemləri yoxlanılacaq

Dövlət qurumlarının yaratdığı süni intellekt sistemləri yoxlanılacaq

Psixiatriya xəstəxanasında ÖLÜM

Psixiatriya xəstəxanasında ÖLÜM

Füzuli rayonunda FHN-in təlimi keçirildi – VİDEO

Füzuli rayonunda FHN-in təlimi keçirildi – VİDEO

ARDNF-nin aktivlərinin həcmi AÇIQLANDI

ARDNF-nin aktivlərinin həcmi AÇIQLANDI

DYP-dən yüksək sürətlə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən yüksək sürətlə bağlı sürücülərə XƏBƏRDARLIQ

Azərbaycanda güclü zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən AÇIQLAMA

İsraildə Pentaqon rəhbəri Netanyahu ilə gizli görüş keçirdi

İsraildə Pentaqon rəhbəri Netanyahu ilə gizli görüş keçirdi

18 yaşlıı Rusiya vətəndaşı gizli məlumatları Ukraynaya ötürürmüş – FTX HƏBS ETDİ

18 yaşlıı Rusiya vətəndaşı gizli məlumatları Ukraynaya ötürürmüş – FTX HƏBS ETDİ

Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı narazılıqlardan DANIŞDI

Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı narazılıqlardan DANIŞDI

Araqçi: “Tehran və Moskva heç vaxt indiki qədər sıx əməkdaşlıq etməyib”

Araqçi: “Tehran və Moskva heç vaxt indiki qədər sıx əməkdaşlıq etməyib”

Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı

Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı

End of content

No more pages to load

RADİO