Qəhvəyi mərmər bağacığının Quba-Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunda bir müddətdir təbiətə, bitki aləminə, meşə və ağac fonduna ciddi ziyan vuran mərmər bağacığının sayı son günlər yenidən artıb. Vəziyyət artıq kritik həddə çatıb. Zərərvericilər Xaçmazın Nabran və Yalama zonalarındakı yaşayış məntəqələrində kütləvi şəkildə yayılıb. Meyvəçiliyə çiçəkləmə dövründən ziyan vuran həşəratlar qeyd olunan ərazilərdə evlərlə yanaşı, məktəbləri də basıb. Bu hal rayonun İstisu qəsəbəsində, Köhnə Xudat və Palıdlı kəndlərindəki məktəblərdə də müşahidə olunur.

Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri - respublikanın baş dövlət fitosanitar müfəttişi Elmar Allahverdiyev Bizim.Media-ya açıqlamasında bildirib ki, qəhvəyi mərmər bağacığı respublikamızda karantin tətbiq edilən zərərli orqanizmlərdəndir. 


 

Onun sözlərinə görə, bu zərərverici 300-dən çox bitki növü ilə qidalanır və həmin bitkilərin məhsuldarlığının kifayət qədər aşağı düşməsinə təsir göstərir. 

"Bu zərərverici respublikanın xüsusilə şimal-qərb rayonlarında yayılıb. Bununla bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən gündəlik monitorinqlər aparılır. Mütəmadi olaraq qəhvəyi mərmər bağacığının toplaşa biləcəyi yerlərdə, məntəqələrdə feromon tələlər asılır, monitorinqlər aparılır, qeydiyyat prosesi həyata keçirilir. Son dövrdə şimal-qərb bölgəsində, xüsusilə Zaqatala-Balakən bölgəsində azalma tendensiyası müşahidə olunsa da, Quba-Xaçmaz bölgəsində mövsümlə əlaqədar zərərvericinin artımını müşahidə edirik.

Bağacıqlar qışlama dövrünə qədəm qoyur. Bu dövrdə onunla mübarizə aparmaq daha effektiv və asandır. Belə ki, evlərin damlarında, xüsusilə köhnə təsərrüfat tikililərində, çardaqlarda, qapı-pəncərə boşluqlarında zərərvericilər toplanır. Onların toplanaraq mexaniki üsulla məhv edilməsi daha effektiv və sürətli həyata keçirilə bilər".

O, həmçinin əlavə edib ki, bununla bağlı Agentliyinin koordinasiyası ilə birlikdə müxtəlif dövlət orqanlarının iştirakı ilə bu tədbirlər həyata keçirilir. 

"Bu prosesdə əhali də yaxından iştirak etməlidir. Xüsusilə qışlama dövründə zərərvericinin toplanaraq mexaniki üsulla məhv edilməsində əhali də kifayət qədər dəstək göstərməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Salyanda kişi balıq bişirməyən arvadını döydü

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Sadəcə “ayaq ağrısıdır” deməyin – Qorxunc xəstəliyin əlaməti ola bilər

Sadəcə “ayaq ağrısıdır” deməyin – Qorxunc xəstəliyin əlaməti ola bilər

Müğənni Lətifə aparıcı olacaq

Müğənni Lətifə aparıcı olacaq

Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - Video

Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - Video

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Goranboyda qəza olub, xəsarət alanlar var

Goranboyda qəza olub, xəsarət alanlar var

Azərbaycan cüdoçuları dünya çempionatına 7 medalla yekun vurdu

Azərbaycan cüdoçuları dünya çempionatına 7 medalla yekun vurdu

Qəhvəyi mərmər bağacığının Quba-Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Qəhvəyi mərmər bağacığının Quba-Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

"Diplom alım, ömür boyu işləyim" dövrü bitdi"

"Diplom alım, ömür boyu işləyim" dövrü bitdi"

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq – Tarix AÇIQLANDI

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq – Tarix AÇIQLANDI

Dənizin dibində 2 min illik üzük tapıldı

Dənizin dibində 2 min illik üzük tapıldı

Azərbaycanda yarım milyondan çox evi nə gözləyir? – Ekspert AÇIQLADI

Azərbaycanda yarım milyondan çox evi nə gözləyir? – Ekspert AÇIQLADI

Husilər Ər-Riyad hava limanına yenidən zərbə endirdi - VİDEO

Husilər Ər-Riyad hava limanına yenidən zərbə endirdi - VİDEO

Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar

Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar

Özündən 45 yaş kiçik qadınla evlənmək istəyirdi – 170 minlik qızılından oldu – FOTO/VİDEO

Özündən 45 yaş kiçik qadınla evlənmək istəyirdi – 170 minlik qızılından oldu – FOTO/VİDEO

Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - Təfərrüat

Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - Təfərrüat

Tbilisi Dövlət Azərbaycan Dram Teatrına maliyyə vəsaiti artırılacaq

Tbilisi Dövlət Azərbaycan Dram Teatrına maliyyə vəsaiti artırılacaq

Ürək tutmasından ölən müğənninin əri yenidən evləndi – Bu dəfə özü infarkt oldu

Ürək tutmasından ölən müğənninin əri yenidən evləndi – Bu dəfə özü infarkt oldu

Ov etmək istəyənlərin nəzərinə: Bu gündən etibarən…

Ov etmək istəyənlərin nəzərinə: Bu gündən etibarən…

Qocalmanı ləngitməyin çarəsi bu imiş – Dəniz xiyarı!

Qocalmanı ləngitməyin çarəsi bu imiş – Dəniz xiyarı!

Ən çox hörmət qazanan 4 bürc: Danışanda hamı susub onları dinləyir

Ən çox hörmət qazanan 4 bürc: Danışanda hamı susub onları dinləyir

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Tramp Nobel Sülh Mükafatını ala bilməməsinə belə etiraz etdi – FOTO

Tramp Nobel Sülh Mükafatını ala bilməməsinə belə etiraz etdi – FOTO

End of content

No more pages to load

RADİO